Ayətullah Xamenei başsağlığı verib
![]() Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Yorulmaz mücahid cənab Əhməd Cibrilin vəfatı münasibətilə Fələstin xalqına , Fələstinin qızğın mübarizəsində çalışan bütün mücahid və fəallara, Qərbi Asiya bölgəsindəki bütün müqavimət güclərinə və o mərhumun yaxınlarına başsağlığı verirəm. Bu şücaətli və çalışqan şəxsiyyət öz ömürünü Fələstinin işğal olunmuş torpağı və məzlum xalqı üçün mübarizəyə sərf edib. Allah-Taaladan onun üçün rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!" Oxşar xəbərlər
|