Çinin dünyanı xilas edəcək layihəsini təqdim etdi
Mьəllif: Admin
Tarix: 9-07-2021, 09:55
Bцlmə: Xəbərlər
Çinin dünyanı xilas edəcək layihəsini təqdim etdi
Çin Yer kürəsini asteroidlərdən qorumaq üçün hazırladığı planı ictimaiyyətə təqdim edib.

Bu barədə Çin Milli Kosmik Elm Mərkəzinin tədqiqatçıları məlumat yayıb.

Məlumata görə, “Bennu” asteroidinin 2175-2199-ci illər arasında planetimizlə toqquşma ehtimalı 1/2700 olaraq hesablanır. Çin 900 tonluq raketlə “Bennu”nun yolunu dəyişdirə biləcəyini açıqlayıb.

“Deyli Meyl” qəzetinə görə, çinli alimlərin modellərinin eyni vaxtda 23 raket zərbəsinin qarşısını ala biləcəyi ehtimal edilir.

Alimlər həmin raket zərbələrinin “Bennu”nu trayektoriyasından 5.592 mil (təxminən 9000 kilometr) uzaqlaşdıra biləcəyini iddia edir.

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31