Livanla bağlı həyəcan təbili çalındı
Mьəllif: Admin
Tarix: 8-07-2021, 10:32
Bцlmə: Xəbərlər
Livanla bağlı həyəcan təbili çalındı
Livanın keçici Baş Naziri Həsən Diyab ölkədəki mövcud vəziyyət ilə bağlı həyəcan təbili çalıb.

Həsən Diyab vurğulayıb ki, Livanda sosial partlayışın baş verməsinə bir neçə gün qalıb və problemlər həll olunmasa, baş verəcəklər qaçınılmaz olacaq.

"Ölkə əhalisinin yarısı yoxsulluğa düçar oldu. Bunun səbəbi ölkədə həll olunmayan siyasi problemlərdir", - deyə Həsən Diyab diqqətə çatdırıb.

O qeyd edib ki, livanlılar bu gün qaranlıq talehləri ilə özləri üzləşmək məcburiyyətində qalıblar.
(eastnews.org)

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31