Qan laxtalanmasının erkən simptomları
Mьəllif: Admin
Tarix: 27-05-2021, 10:23
Bцlmə: Xəbərlər
Qan laxtalanmasının erkən simptomları
Avropa Dərman Agentliyi qan laxtalanmasının erkən əlamətlərini açıqlayıb.

Belə ki, mütəxəssislərin fikrincə, həyəcanverici əlamətlər nəfəs darlığı, sinə ağrısı, qarın nahiyəsində uzun müddət hiss edilən ağrı, əzalarda müşahidə edilən şişkinlik, şiddətli və uzun müddət davam edən baş ağrıları və bulanlıq görmədir.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu simptomlar aşkar edilərsə, mütəxəssislər həkimə müraciət etməyi məsləhət görür.

Daha əvvəl kardioloq və ürək-damar cərrahı Vladimir Xoroşev əllərdə yayılan ağrıların hiss olunması ilə sağ və ya sol koronar arteriyalarda qan laxtasının meydana gəlməsini müstəqil olaraq təyin etmək mümkün olduğunu söyləmişdi. Onun sözlərinə görə, tromboz əlamətləri miokard infarktına bənzəyir.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031