Müsəlman konqresmen sionist rejiminin lobbisi tərəfindən ölüm təhdidləri alıb
Mьəllif: Admin
Tarix: 25-05-2021, 10:16
Bцlmə: Xəbərlər
Müsəlman konqresmen sionist rejiminin lobbisi tərəfindən ölüm təhdidləri alıb
ABŞ Nümayəndələr Palatasının üzvü, Minnesota ştatından olan demokrat İlhan Omar “AIPAC” sionist lobbisinin tərəfdarlarından çox sayda təhdid mesajı aldığını söyləyib.

İlhan Omarın Fələstin hüquqları uğrunda cəsarətli çıxışlarından sonra, “AIPAC” sionist lobbisi konqresmenin Amerika cəmiyyətindəki nüfuzuna xələl gətirmək üçün ona qarşı kiber məkanda geniş kampaniyaya başlayıb.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, İlhan Omarın nümayəndəsi müsahibəsində Omara qarşı çox sayda ölüm təhdidi və digər təhdid mesajları gəldiyini, bunun məsuliyyətsiz olduğunu deyib.

Xatırladaq ki, “AIPAC” təşkilatı“Facebook”da İ.Omara qarşı geniş kampaniya başladıb. Bundan əvvəl demokrat konqresmen, sionist rejimin Qəzzanın müdafiəsiz sakinlərinə hücumlarını və fələstinlilərin qətlini dövlət terrorunun bariz nümunəsi kimi tanıdıb.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031