Səudiyyə elan etdi: “Həcc gigiyenik tədbirlərlə yerinə yetiriləcək”
Mьəllif: Admin
Tarix: 10-05-2021, 18:29
Bцlmə: Xəbərlər
Səudiyyə elan etdi: “Həcc gigiyenik tədbirlərlə yerinə yetiriləcək”
Səudiyyə rejimi 1400 həcc mərasiminin profilaktik və gigiyenik tədbirlər altında keçirildiyini elan etdi.

Səudiyyə rejiminin Həcc və Ümrə Nazirliyi mayın 9-u verdiyi açıqlamasında, keçən ildən fərqli olaraq, bu il digər ölkələrdən gələn zəvvarlar üçün həcc ziyarətini ləğv etmək niyyətində olmadığını açıqlayıb.

Səudiyyə rejiminin SPA rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, nazirlik bir açıqlamasında bunları qeyd edib: “Səudiyyə Həcc ziyarəti və Allah Evinin qonaqlarını qəbul etmək imkanlarını vurğulayarkən zəvvarların sağlamlığının qorunmasına üstünlük verir.

Builki həcc sağlamlıq və təhlükəsizlik standartlarına uyğun olaraq və təhlükəsiz və asan bir mərasimin keçirilməsi üçün ediləcək. Səudiyyənin səhiyyə qurumları hələ də vəziyyəti araşdırır və zəvvarların sağlamlığını qorumaq üçün lazımi tədbirləri görür”.

Səudiyyə Həcc və Ümrə Nazirliyi daha sonra yaxın gələcəkdə lazımlı qaydaları və təlimatları açıqlayacağını açıqlayıb.



Deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930