Alparslan Kuytul yenidən saxlanıldı
Mьəllif: Admin
Tarix: 5-05-2021, 04:04
Bцlmə: Xəbərlər
Alparslan Kuytul yenidən saxlanıldı
Türkiyənin tanınmış din xadimi Alparslan Kuytul yenidən saxlanılaraq, polis bölməsinə aparılıb.

Bu barədə "Furqan" vəqfi rəsmi "Tvitter" hesabında məlumat yayıb.

Məlumatda vurğulanır ki, öncə "Furqan" vəqfinin bir qrup üzvü pandemiya qadağalarını pozmaq ittihamı ilə gözyaşardıcı qazdan istifadə olunaraq saxlanılıblar.

Polis bundan sonra vəqfin rəhbəri Alparslan Kuytulu da saxlayaraq, zorakılıqla bölməyə aparıb.

Qeyd olunub ki, Alparslan Kuytul ilə birgə 14 yaşlı oğlu, tərəfdarları da saxlanılanlar arasında olub.
(eastnews.org)
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930