Almaniyada müsəlman əhalinin sayı artıb
Mьəllif: Admin
Tarix: 1-05-2021, 10:41
Bцlmə: Xəbərlər
Almaniyada müsəlman əhalinin sayı artıb
Almaniyanın Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) apardığı araşdırmaya görə, son 5 il ərzində Almaniyada müsəlmanların sayı təqribən 900 min nəfər artıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ümumi müsəlman əhalinin 5.3 ilə 5.6 milyon arasında olduğu, müsəlmanların ümumi əhalinin 6.4% ilə 6.7% hissəsini təşkil etdiyi təxmin edilir.

Almaniyadakı müsəlmanlar arasında müxtəliflik də son illərdə artmışdır. Yaşayış müddəti, sosial vəziyyət və miqrasiya səbəbləri kimi digər amillər müsəlmanların dini amillərdən daha çox cəmiyyətdəki iştirakı və inteqrasiya prosesini formalaşdırır.

BAMF tərəfindən aparılan bir araşdırmaya görə, Almaniyadakı müsəlmanların gündəlik ibadətləri və dini ayinlərə bağlılığı da fərqlidir.

Müsəlmanların təxminən 70%-i yeməklərinə və içdiklərinə diqqət etdiklərini söyləyib, hər gün ibadət edənlərin nisbəti isə 39% olaraq müəyyən olunub.



Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930