Ramazan ayı ərəfəsində Kəbə örtüyünün mövsümi baxım işlərinə başlandı
![]() Deyerler.org Arabnews-a istinadən xəbər verir ki, Məscidul Həramdan bildirilənə görə, işlər 5 gün davam edəcək və keyfiyyətə nəzarət, sağlamlıq mütəxəssisi və iş sağlamlığı, təhlükəsizliyi bölməsinin müşayiət edəcəyi 14 texniki işçi tərəfindən həyata keçiriləcək. Kisvə üçün texniki xidmət departamentinin direktoru Fəhd Əl-Cəbri bildirib ki, təmir işləri başa çatdıqdan sonra örtük təmizlənəcək. O, işin Kovid-19 virusunun yayılmasının dayandırılması üçün görülən tədbirlərə uyğun olaraq aparılacağını bildirib. Oxşar xəbərlər
|