Netanyahu üçüncü dəfə hakim qarşısına çıxarıldı
Mьəllif: admin1
Tarix: 5-04-2021, 14:46
Bцlmə: Xəbərlər
Netanyahu üçüncü dəfə hakim qarşısına çıxarıldı
İsrail rjiminin baş naziri Benyamin Netanyahunun işğal altındakı Qüds məhkəməsində korrupsiya işlərinin araşdırılması prosesi bu gün (5 aprel) onun və ona qarşı ifadə verməli olan şahidlərin iştirakı ilə davam edib.

Deyerler.org xəbər verir ki, Benyamin Netanyahu artıq üçüncü dəfədir ki, məhkəmə qarşısına çıxarılıb.

Sionist mediasının yazdığına görə, Netanyahu və vəkilləri bir neçə saat əvvəl iki aylıq fasilədən sonra ciddi təhlükəsizlik şəraitində işğal altındakı Qüdsdəki məhkəməyə gəliblər.

Bu gün prokurorluq tərəfindən məhkəməyə çağırılan şahidlərin sualları və cavabları ilə Netanyahuya qarşı irəli sürülən ittihamların sübut mərhələsinə daxil olunacaq.

Cerusalem Post qəzetinin yazdığına görə, iclasın əvvəlində İsrail rejiminin baş prokurorunun müavini Liat Benari 20 dəqiqəlik çıxışında, rejimin baş nazirinə qarşı ittihamlara və törətdiyi cinayətlər barədə danışaraq, bunları deyib:

“Hər kəs qanun qarşısında bərabərdir, böyük və ya kiçik, varlı və ya kasıb olan hər kəs məhkəmə və hakimlər qarşısında bərabərdir. Netanyahu rüşvətlə məşğul olub.

Bunu sübut edəcək səs və mətn sənədlərimiz var. Netanyahu, şəxsi maraqlarını mərkəzi media qurumlarına uyğun olaraq inkişaf etdirmək üçün səlahiyyətlərindən sui-istifadə etdi.

Birinci dərəcəli müttəhim (Netanyahu) siyasi gücünü informasiya qurumlarının iş adamlarına istədiyi vaxt istifadə edə bilmələri üçün verdi ... Netanyahunun Aloviçə verdiyi faydalar yüz milyonlarla şekelə bərabərdir”.

Daha sonra hakimlər, 4000 nömrəli iş olaraq bilinən Netanyahuya qarşı ən ciddi iş üzrə Walla News-un keçmiş baş redaktoru İlan Yeşua da daxil olmaqla şahidlərdən ifadə alıb.

Netanyahunun 4000 nömrəli rüşvət işində ortaqlarından biri olan Bezek media holdinqinin rəhbəri Şaul Aloviç də iştirak edir.

Eyni zamanda, İsrail rejiminin prezidenti Rovin Rivlin kabineti formalaşdırmaq seçimlərini etmək üçün bu gün rejimin siyasi partiyalarının liderləri ilə görüşməlidir.

Bu da, məhkəmə iclasının keçirilməsinin vacibliyini artıran bir amil kimi qiymətləndirilir.

Qeyd edək ki, haqqındakı 3 fərqli cinayət hadisəsi üzrə Netanyahu haqqında cinayət işi açılmışdır.

İsrail rejiminin baş prokuroru Mandelblit Netanyahu haqqında 4000 nömrəli işdə rüşvət, 1000 və 2000 nömrəli işlərdə isə saxtakarlıq və vəzifədən sui-istifadə ittihamları iddia qaldırıb.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031