Yəmən ordusu Ərəbistanın paytaxtını vurdu
Mьəllif: admin1
Tarix: 3-04-2021, 10:13
Bцlmə: Xəbərlər
Yəmən ordusu Ərəbistanın paytaxtını vurdu
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Riyadda bir neçə həssas hərbi hədəfi vurduqlarını bildirib.

Yəhya Sərii cümə axşamı günortadan sonra öz Tvitter səhifəsində Yəmən dronlarının Səudiyyə Ərəbistanının paytaxtı Riyadda bir neçə həssas hərbi hədəfə hücum etdiyini xəbər verib.

Y. Sərii bildirib ki, Yəmən ordusu bu gün səhər saatlarında 4 dron vasitəsilə Ərəbistanın paytaxtı Riyadda həssas və mühüm mövqelərinə hücum edib.

Onun sözlərinə görə, hədəfə dəqiq zərbələr endirilib.

Mətbuat katibi yazıb ki, bu hücum Yəmən xalqının təcavüzkarlara və xalqı mühasirədə saxlayanlara cavab olaraq qanuni haqqıdır, cinayətkar Ərəbistanın təcavüz və mühasirəsi davam etdikdə, onlara qarşı bu hücumlar da davam edəcək.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031