ABŞ-ın Suriyadan neft oğurladığı anların görüntüləri
![]() Deyerler.org xəbər verir ki, Sputnik-in ərəb bölməsinin müxbirinin əldə etdiyi görüntülərdə, ölkədəki ABŞ qüvvələri, Suriya-İraq sərhədi yaxınlığındakı Suveyda Muhamməd Əl-Dəham və Suveyda Muhamməd Əl-Aylan kəndləri arasındakı quyudan sisternlərlə İraqın Kürd Regional Rəhbərliyinə aparmaq üçün neft doldurur. Müxbirin əldə etdiyi videoda tankerin İraqa getdiyi anlar da var. ABŞ-ın gündəlik yüzlərlə sistern doldurub, qanunsuz yollarla ölkədən çıxarıldığı və İraqa apardığı bildirilir. Suriya Ərəb Xəbər Agentliyi (SANA) də keçən həftələrdə ABŞ-ın oğurlanmış neftlə dolu 300 sisterni İraqa apardığını bildirmişdi. ABŞ-ın Suriyadakı ən böyük hərbi bazalarından biri Rumeylan bölgəsindədir. Suriyanın şimal-şərqindəki neftlə zəngin olan Əl-Hasəkə, Deyr Əz-Zor və Raqqa əyalətləri ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (DSG) nəzarəti altındadır. Oxşar xəbərlər
|