Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarını yenə atəşə tutdu
Mьəllif: admin1
Tarix: 30-03-2021, 18:34
Bцlmə: Xəbərlər
Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarını yenə atəşə tutdu
Nigeriya xalqının ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün paytaxt Abucada keçirdiyi dinc etiraz aksiyasına polis yenə atəş açıb.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx Zəkzəkini dəstəkləmək məqsədilə martın 29-u paytaxtın əsas prospektinə çıxan minlərlə Zəkzəki tərəfdarlarına qarşı polis qüvvələri həqiqi güllə və göz yaşardıcı qazla müdaxilə edib.

Polis Milli İnsan Haqları Komissiyasının binası qarşısında nümayişçilərə şiddətli atəş açaraq, Muhsin Cəfər Minna adlı nümayişçini öldürüb. Çoxlu sayda nümayişçinin yaralandığı bildirilsə də, dəqiq say hələ də açıqlanmayıb.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031