ABŞ-da insanların 50%-dən çoxu evsiz və ac qalmaqdan narahatdır
Mьəllif: admin1
Tarix: 27-03-2021, 21:59
Bцlmə: Xəbərlər
ABŞ-da insanların 50%-dən çoxu evsiz və ac qalmaqdan narahatdır
ABŞ-da aparılan sosial sorğu əhalinin yarıdan çoxunun aclıq və evsizlikdən narahat olduğunu göstərir.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən Gallup tədqiqat mərkəzi tərəfindən aparılan sorğunun nəticələrinə görə, amerikalıların 55%-i evlərini itirmək və ac qalmaqdan narahatdır. Bu nisbət son 20 ilin ən yüksək səviyyəsi kimi qiymətləndirilib.

Sığınacaq və aclıqdan qorxanların nisbəti, yeni növ koronavirus (Kovid-19) epidemiyasının qeyd edildiyi 2020-ci illə müqayisədə 8% artıb.

Evlərini itirmək və ac qalmaq narahatlığını keçirən amerikalılarının nisbəti demokratlarda 62%-i və respublikaçılarda 45%-i təşkil edir.

Ölkə iqtisadiyyatı ilə narahat olanların nisbəti də keçən ilə nisbətən 16% artaraq, 49%-ə çatıb.

Respublikaçıların 58%-i iqtisadi inkişafdan narahat olsa da, Demokratların 40%-i iqtisadiyyata daha müsbət baxdıqlarını bildirib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031