Britaniyada koronavirusun daha bir növü tapılıb
Mьəllif: admin1
Tarix: 12-03-2021, 07:13
Bцlmə: Xəbərlər
Britaniyada koronavirusun daha bir növü tapılıb
İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) ölkənin cənub-şərqində iki nəfərdə koronavirusun yeni növünün aşkar edildiyini bəyan edib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Tədqiqatçılar bildirib ki, yeni variant koronavirusun İngiltərədə geniş yayılan E484K mutasiyasından ciddi fərqlənmir.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş E484K variantı ötən ilin dekabrın ortalarında aşkar edilib.

Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031