ABŞ İraqda "Həşd Şabi" qüvvələrinə zərbələr endirib
Mьəllif: admin1
Tarix: 26-02-2021, 11:58
Bцlmə: Xəbərlər
ABŞ İraqda "Həşd Şabi" qüvvələrinə zərbələr endirib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraq Suriya sərhədində yerləşən “Həşd Şabi” qüvvələrinin mövqeləri olduğu iddia edilən əraziyə zərbələr endirib.

Bu barədə Rusiya mətbuatı məlumat verib.

Məlumata əsasən, İraqa endirilən aviazərbələrin əmrini ABŞ Prezidenti Cozef Bayden verib. Bu zərbələrin İraqda koalisiya qüvvələrinə edilən hücumlara cavab olduğu iddia edilib.

ABŞ hərbi təyyarələrinin Əbukamal qəsəbəsinin şərqinə 7 ədəd 500 funtluq bomba atdığı qeyd edilir.

Aviazərbələr nəticəsində ölən və yaralananlar barədə hələ məlumat verilmir.
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031