İran: "Xocalı qurbanları ilə həmrəyik"
Mьəllif: admin1
Tarix: 26-02-2021, 11:57
Bцlmə: Xəbərlər
İran: "Xocalı qurbanları ilə həmrəyik"
İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur ilə onu müşayiət edən nümayəndə heyətinin axırıncı Bakı səfəri ilə əlaqədar bəyanat yayıb.

Dostluq Qrupu Azərbaycana səfəri zamanı parlament diplomatiyası çərçivəsində təşkil etdiyi koordinasiyalar və nümayiş etdirdiyi mövqeyə görə İran parlamenti nümayəndə heyətinə təşəkkür edib.

İran-Azərbaycan Dostluq Qrupu bəyanatında "Dostluq Qrupu "digər ölkələrin ərazi bütövlüyü"nü, xüsusən də dost və qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Həmçinin dünyanın hər yerindəki şəhərlərə və mülki yaşayış məntəqələrinə qarşı işğalçı və hərbi hücumlara qarşı olduğumuzu bildirmək istəyirik.

Dağlıq Qarabağın işğalı zamanı Xocalıda baş verən faciəli hadisənin qurbanları ilə həmrəyik", - ifadələri yer alıb.
(eastnews.org)

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930