Qidaların xərçəngə təsiri
Mьəllif: admin1
Tarix: 23-02-2021, 11:16
Bцlmə: Xəbərlər
Qidaların xərçəngə təsiri
Bir sıra qidalarda bədxassəli şişlərin meydana gəlməsinə səbəb ola bilən və ya meydana gəlmə tezliyini artıran kanserogen maddələr var. Onlar qidaya ətraf mühitdən və ya qidanın hazırlandığı zaman daxil olur.

“Ət və ya un xörəkləri bişirəndə və yeməyi 120 dərəcədən yuxarı qızdırdığınız zaman içərisində iki növ kanserogen maddə meydana gəlməyə başlayır.

Hüceyrələrimizdə mutasiyaya səbəb olur və xərçəngin inkişafına kömək edir”, - deyə professor Yakov Yaşin bildirib.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, professor ət, balıq, şprot, pendir, kimi hisə erilmiş məhsullardan imtina etməyə və ya onların istehlakını azaltmağa çağırıb, çünki onlarda benzpiren daxil olmaqla, poliaromatik karbohidrogenlər əmələ gəlir.

Bu siyahıya, tərkibinə görə çörəklər, peçenye, cipsi və digər qızardılmış və üstü qızarma nəticəsində qabıq bağlamış bişmiş qidalar daxildir. Kabab, qril, kimi üstü qızarmış ət məhsullarında heterosiklik aminlər, ət və kolbasa məhsullarından isə nitrozaminlər vardır.

Digər tərəfdən tərkibində onları blok edən çoxlu digər məhsullar var. Buna görə də bu cür məhsulların istehlakı xərçəngin inkişafını qoruyur və ya dayandırır.

Y.Yaşin bitki mənşəli qidalardakı polifenolların necə işlədiyini göstərən bir çox araşdırmaların olduğunu deyir.

Mütəxəssis xərçəng əleyhinə məhsullar sırasına yaşıl çayı, kakaonu, meyvələri (xüsusilə sarı və narıncı), giləmeyvələri (xüsusən də quşüzümü və üzüm), soğanı, sarıkök və otları, zeytunu və zeytun yağını, pomidoru, qırmızı balıq və kürüsünü, dəniz yosununu, soyanı, xardalı, kələmi (xüsusilə brokoli), kətanı, çovdarı, balqabağı və turpu əlavə edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930