Cənubi Koreya İranın 9 milyard dollar vəsaitini qaytarmaq istəyir
Mьəllif: admin1
Tarix: 22-02-2021, 22:06
Bцlmə: Xəbərlər
Cənubi Koreya İranın 9 milyard dollar vəsaitini qaytarmaq istəyir
Cənubi Koreyanın İrandakı səfiri bu ölkənin Mərkəzi Bankının sədri Əbdülnəsir Himməti ilə görüşüb.

Məlumata əsasən, görüşdə Cənubi Koreya banklarında dondurulan İrana məxsus 9 milyard 200 milyon dolların qaytarılması məsələsi müzakirə edilib.

Görüş səfirin təşəbbüsü ilə baş tutduğu üçün İran mətbuatı yazır ki, ABŞ-da Donald Trampın hakimiyyətdən getməsi rəsmi Seula vəsaitin qaytarılması üçün imkan yaradıb.

Qeyd edək ki, Cənubi Koreyaya neft satışından əldə edilən vəsaitin İrana ödənilməsi sanksiyalara görə dayandırılmışdı.

Görüşdə qərara qalınıb ki, yaxın zamanda vəsaitin bir hissəsi İrana qaytarılacaq. Sanksiyalar ucbatından İran iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil.

Ona görə də ölkənin bu vəsaitə böyük ehtiyacı var.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930