İraqlı alimlər: “NATO İraqı işğal etməyə çalışır”
Mьəllif: admin1
Tarix: 20-02-2021, 21:15
Bцlmə: Xəbərlər
İraqlı alimlər: “NATO İraqı işğal etməyə çalışır”
İraqdakı Diyala vilayətinin Üləma Birliyi NATO-nun İraqdakı qüvvələrini artırmaq qərarını işğal adlandırıb.

Deyerler.org Al-Maalomah-a istinadən xəbər verir ki, İraq Diyala vilayətinin Üləmalar Birliyi bu gün (19 fevral) verdiyi bəyanatında Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) İraqdakı qüvvələrinin sayını artırmaq qərarına etiraz edib: “İraqdakı NATO qüvvələrindəki hər hansı artım qəbul edilməzdir və bunun üçün heç bir əsas yoxdur.

Ölkəmizdə vətəndaşların təhlükəsizliyinə qarşı istənilən terror təhlükəsini dəf edə biləcək çox hərbi qüvvə var.

NATO-nun qərarının bir neçə məqsədi var, bunlardan biri də ABŞ tərəfindən beynəlxalq bir təşkilat adı altında İraqı işğal etməyə çalışmaqdır, çünki əsas NATO qüvvələri amerikalılardır”.

Keçən il İraq parlamentinin xarici qoşunların geri çəkilməsinə dair qərarına toxunan bəyanatda, qətnamənin bütün xalqın qərarı olduğu və xarici qüvvələrin artırılmasına dair hər hansı qərarın İraqın milli suverenliyini pozulması sayılacağı bildirilib.

İraq alimləri İraq hökumətini mövqeyini NATO liderlərinə bildirməyə dəvət edib.

“İraq xalqı bu qərarın əleyhinədir və bu bir böhran ola bilər”, - deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda təşkilatın İraqdakı qüvvələrini 500 nəfərdən 4000 nəfərə çatdırmaq istədiyini söyləmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930