Terrorçular səhvən özlərini partlatdılar
Mьəllif: admin1
Tarix: 14-02-2021, 23:05
Bцlmə: Xəbərlər
Terrorçular səhvən özlərini partlatdılar
İraqda terrorçuların bomba quraşdırdıqları nəqliyyat vasitəsinin səhvən partlaması ilə özlərini öldürdükləri bildirilib.

Bu çərçivədə İraqın Samirra Əməliyyat komandiri Cəbbar Dəraci terror təşkilatı İŞİD üzvlərinin Əd-Dor bölgəsinin cənubundakı polislərə aid təhlükəsizlik məntəqəsi yaxınlığında partlatmaq istədikləri nəqliyyat vasitəsinin təyin olunan hədəfə çatmadan partladığını qeyd edib.

Komandir Dəraci kamikadzenin öz sığınacaqlarından ayrılmadan əvvəl yoldaşları ilə vidalaşmaq üçün avtomobillə siqnal verdiyini, ancaq siqnalın bomba mexanizminə bağlı olduğunu unutduğunu və nəticədə baş verən partlayışda 21 İŞİD terrorçusunun öldüyünü bildirib.

Həmçinin İraqın "Həşd Şəbi" qüvvələri Samirranın cənubunda İŞİD terrorçularına qarşı genişmiqyaslı əməliyyata başlayıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031