Yəmən ordusu Ərəbistan qırıcılarının saxlandığı yuvanı vurub
![]() “Əl-Məsirə”-nin verdiyi xəbərə görə, mətbuat katibi bu barədəki açıqlamasında deyib ki, Abha aeroportunda Ərəbistan qırıcılarının yuvası “Simad-3” və “Qasif-2” olmaqla 4 ədəd dron vasitəsilə vurulub və zərbələr dəqiq olub. Y. Sərii həmçinin xəbərdarlıq edib ki, təcavüzkar Ərəbistan koalisiyası Sənanın bundan əvvəlki xəbərdarlıqlarına məhəl qoymayıb və mülki aeroportdan hərbi məqsədlər üçün istifadə edib. General bu günkü hücumun Ərəbistanın Yəmənə təcavüzü və Yəmən xalqına qarşı zülmkar mühasirəsinə cavab olaraq baş tutduğunu, bu mühasirənin davam etdiyi surətdə Yəmən orudusunun hərbi əməliyyatlarının da davam edəcəyini vurğulayıb və öz bəyanatını “Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın” ayəsi ilə bitrib. Oxşar xəbərlər
|