Arakanlı müsəlmanlar "Ölüm adası"na yola salınır
Mьəllif: admin1
Tarix: 28-01-2021, 21:53
Bцlmə: Xəbərlər
Arakanlı müsəlmanlar "Ölüm adası"na yola salınır
Banqladeş Benqal körfəzindəki adaya əlavə 2-3 min arakanlı müsəlmanı göndərəcəyini açıqlayıb.

"Reuters"ə danışan kontr-admiral Abdulah əl-Məmun Çoudhuri insan haqları qruplarının adanın fırtına və sel riski səbəbilə həyat üçün yararsız olduğunu söyləməsinə baxmayaraq, miqrantların bu gün Çittaqonq limanına, sabah da "Ölüm adası" olaraq tanınan Basan Çar adasına aparılacağını söyləyib.

Basan Çar adası 20 il əvvəl dəniz sularının çəkilməsi ilə ortaya çıxıb və ən yaxın liman olan Çittaqonqdan dəniz yolu ilə bir neçə saat məsafədə yerləşir.

Banqladeş əvvəllər bu adaya təxminən 3500 Arakan müsəlmanını gətirmişdi.

Mühacirlərin hökumətin icazəsi olmadan adadan çıxmasına icazə verilmir.
(eastnews.org)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031