İran XİN rəhbəri Gürcüstan Prezidenti ilə görüşdü
Mьəllif: admin1
Tarix: 28-01-2021, 21:41
Bцlmə: Xəbərlər
İran XİN rəhbəri Gürcüstan Prezidenti ilə görüşdü
Rəsmi səfər çərçivəsində Tbilisidə olan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

İkitərəfli və regional məsələlərin müzakirə olunduğu görüşdə Zərif ticarət və iqtisadi məsələlər də başda olmaqla, bütün sahələrdə ikitərəfli münasibətləri gücləndirməyi və inkişaf etdirməyi vurğulayıb.

Zərif Dağlıq Qarabağ bölgəsindəki münaqişələrdən sonra Gürcüstan Prezidentinə Azərbaycan, Rusiya və Ermənistanda bütün tərəflərin maraqlarına uyğun regional əməkdaşlıqla bağlı aparılan danışıqlar barədə məlumat verib.

Azərbaycan, Rusiya və Ermənistandakı təmaslarını başa vuran İran Xarici İşlər naziri Cavad Zərif və nümayəndə heyəti bu gün səhər Gürcüstana səfər etmişdi.

Zərif orada mətbuata verdiyi açıqlamada "Gürcüstan səfərindən əvvəl bölgədəki üç ölkə ilə təmaslarımızda ikitərəfli münasibətlər və regional əməkdaşlıq barədə fikir mübadiləsi apardıq", - demişdi.

"Regionumuz çətin şərtlərdən keçdi. Bölgədəki müharibə və qarşıdurmanın böyüməməsi üçün yeni şərtləri qiymətləndirməliyik", - deyə Zərif bildirmişdi.
(eastnews.org)

Oxşar xəbərlər
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031