İran İsrailə xəbərdarlıq etdi: "Yerlə bir edərik!"
![]() “Sionist rejimin İslam Respublikasına qarşı ən kiçik bir səhvini görsək, onlara görə İrana zərbə vurmaq üçün nəzərdə tutulan raket bazalarına zərbə endirəcəyik, həmçinin ən qısa müddətdə Hayfa və Təl-Əvivi yerlə bir edəcəyik”, - deyə Ə.Şəkərçi İRİB-ə müsahibəsində bildirib. O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının Silahlı Qüvvələrinin gücü barədə heç bir şey bilmir və təsəvvür etmir. General İsrailin səhvləri halında "İsrailin məhv edilməsi"nin İranın gündəmində olduğunu da əlavə edib. Xatırladaq ki, yanvarın 26-da Aviv Kohavi İranla nüvə anlaşmasının həm əməliyyat, həm də strateji səviyyədə pis olduğunu və buna yol verilməməsini vurğulayıb. O, mövcud planlardan əlavə İran üçün bir sıra əməliyyat planları hazırlamağı da tapşırdığını açıqlayıb. (eastnews.org) Oxşar xəbərlər
|