Livanda gərginlik artır
Mьəllif: admin1
Tarix: 28-01-2021, 11:40
Bцlmə: Xəbərlər
Livanda gərginlik artır
Livanın şimalındakı Tripoli şəhərində iqtisadi böhran və koronavirus səbəbilə tətbiq olunan karantinə etiraz edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurma ərzində 226 nəfər yaralanıb.

Livan Daxili Təhlükəsizlik Qüvvələrinin "Tvitter" hesabında verilən açıqlamada təhlükəsizlik qüvvələrinə qumbaralar atıldığı və onlardan ikisinin partladığı bildirilib.

Qumbaraların atılması nəticəsində 9 nəfərin yaralandığı bildirilən açıqlamada Nur meydanı yaxınlığında yerləşən hərbi maşınların zədələndiyi qeyd edilib.

Ölkənin rəsmi xəbər agentliyi olan NNA Livan Təcili Yardım Qüvvələri tərəfindən müdaxilə olunan 124 yaralıdan 31-nin xəstəxanalara köçürüldüyünü bildirib.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031