Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyaya ismarıc göndərdi...
Mьəllif: admin1
Tarix: 27-01-2021, 22:04
Bцlmə: Xəbərlər
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyaya ismarıc göndərdi...
“Gürcüstan ərazilərini işğalda saxlayan ölkə ilə eyni sülh platformasında iştirak edə bilməyəcək”.

24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yeni regional təşəbbüslə bağlı bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür təşəbbüsün işğala son qoymaqla bağlı müvafiq addımlar atılmayana qədər perspektivi olmayacaq:

“Biz bölgədə Cənubi Qafqazda dayanıqlı inkişafın əsas şərtlərindən olan sülh və sabitliyə böyük önəm veririk. Buna müvafiq olaraq, Gürcüstan ölkədə və bölgədə təhlükəsizlik və tərəqqini təmin edəcək uzunmüddətli məqsədləri dəstəkləyir.

Bu mənada sülh platformaları vacibdir və onların bölgəmizdə yaradılması ilk növdədə Cənubi Qafqazın üç ölkəsi – Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq vasitəsilə həyata keçirilməlidir ki, bu da əhəmiyyətli regional layihələr və əməkdaşlığın inkişafı üçün zəmin yaradır”.

A.Xvtisiaşvili qeyd edib ki, istənilən əməkdaşlıq platforması iştirakçı dövlətlər arasında qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanmalıdır.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930