Salome Zurabişvili Gürcüstanın Azərbaycan və Ermənistanla bağlı tutduğu mövqedən danışdı
Mьəllif: admin1
Tarix: 27-01-2021, 22:03
Bцlmə: Xəbərlər
Salome Zurabişvili Gürcüstanın Azərbaycan və Ermənistanla bağlı tutduğu mövqedən danışdı
“Gürcüstan, Azərbaycan və Ermənistanın Qafqazda gələcəyi bu bölgəni əlaqələndirmə, sabitlik və tərəqqi regionuna çevirməkdən ibarətdir”.

24News.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Brussels Morning” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, üç ölkənin əsas ümumi marağıdır.

Azərbaycan və Ermənistan arasında ötənilki müharibəyə münasibət bildirən S.Zurabişvili münaqişə zamanı Gürcüstanın neytral qaldığını, daimi olaraq sülh və əməkdaşlığa çağırış etdiyini bildirib:

“Müharibə əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi. Gürcüstanın Ermənistanla uzunmüddətli mədəni, dini və mehriban qonşuluq əlaqələri var, Azərbaycanla intensiv iqtisadi tərəfdaşlıq edir. Bu halda məhz Gürcüstan üçün bölgədə sülh və sabitliyin təminatı üçün rol oynamaq daha uyğun oldu”.

Dövlət başçısı qeyd edib ki, bütün region üçün faciə olan müharibə zamanı Gürcüstan iki yaxın qonşu ölkə ilə əlaqələrini davamlı olaraq dərinləşdirib.
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031