Fransada hicaba qadağa cəhdi baş tutmadı
Mьəllif: admin1
Tarix: 24-01-2021, 10:23
Bцlmə: Xəbərlər
Fransada hicaba qadağa cəhdi baş tutmadı
İslamazeri.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, ilkin variantda “İslam separatizminə qarşı qanun” adlandırılan düzəlişlər, sonuncu redaksiyasında daha neytral - “Respublika dəyərlərinin möhkəmləndirilməsi” kimi təqdim olunub.

Sənədin müəllifləri 18 yaşından kiçik qızlara qadının kişi ilə müqayisədə daha aşağı statusa malik olmasını nümayiş etdirən geyimlərin qadağan olunmasını təklif edirdilər.

Lakin Parlamentin xüsusi komissiyası ekstremist müddəaların olması səbəbi ilə qanunun layihəsinin indiki variantda qəbul edilməsini məqsədəuyğun saymayıb.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031