ABŞ-ın yeni prezidenti Co Bayden and içdi
Mьəllif: admin1
Tarix: 20-01-2021, 21:31
Bцlmə: Xəbərlər
ABŞ-ın yeni prezidenti Co Bayden and içdi
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin bu gün andiçmə mərasimi keçirilib.

Məlumata əsasən, Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib.

Andiçmə mərasimi Kapitoliya binasının pilləkənlərində təşkil olunub. Mərasimdə Ledi Qaqa ABŞ-ın himnini ifa edib.

Pandemiya səbəbindən mərasim ən qısa formatda və sosial məsafənin normalarına uyğun olaraq keçirilib. Andiçmə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakimiyyəti yeni komandaya vitse-prezidenti Mayk Pens ötürüb. ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib.

Qeyd edək ki, andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər. Onlar andiçmə mərasimində iştirak etməyiblər.

Xatırladaq ki, Demokratları təmsil edən yeni ölkə başçısı ABŞ-ın 46-cı prezidentidir.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031