ABŞ koalisiyası Suriyaya 50 yük maşını silah göndərib
Mьəllif: admin1
Tarix: 11-01-2021, 21:41
Bцlmə: Xəbərlər
ABŞ koalisiyası Suriyaya 50 yük maşını silah göndərib
Bildirildiyi kimi ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor vilayətinə silah və sursatla dolu onlarla yük maşını göndərib.

Suriya mediası ABŞ-ın Suriyanın şimal-şərqinə silah və hərbi texnika ilə yüklənmiş onlarla yük maşını göndərdiyini yazır.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Koordinatoru adlanan qrup bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə beynəlxalq koalisiyanın silahla dolu 50 yük maşınını, İraqdan Suriyanın Əl-Həsakə vilayətindəki bazalara göndərib.

Texnika və silahlar daşıyan karvan qanunsuz olaraq İraq-Suriya sərhədindəki Əlvalid keçidini keçib.

Qeyd edək ki, Əl-Həsakə vilayəti ABŞ və onun dəstəklədiyi yaraqlılar tərəfindən işğal altındadır.



Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031