Qəlbin neçə növü var? – Qurani-Kərimdə qəlblərin təsnifatı
Mьəllif: admin1
Tarix: 11-01-2021, 21:36
Bцlmə: Xəbərlər
Qəlbin neçə növü var? – Qurani-Kərimdə qəlblərin təsnifatı
Qurani-Kərimin nəzərinə görə, qəlb – insanın idrak mənbəyidir. Quran qəlbin bir neçə növünü bizlərə tanıtmışdır ki, onlara diqqət edək:

1. Sağlam qəlb. Sağlam qəlb – o qəlbdir ki, ancaq Allah üçün xalis olmuşdur və hər cür küfrdən uzaqdır. «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şüəra” 89).

2. Qəlbi-munib. O qəlbdir ki, hər an tövbə etməyə hazırdır. “Rəhman olan Allahdan gizlində (heç kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)!”. (“Qaf” 33)

3. Qəlbi-muxbit. Müti olan qəlbdir. “Nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün!”. (“Həcc” 54).

4. Qəlbi-vəcil. Allahı yada salan zaman titrəyən qəlbdir. “(mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər”. (“Muminun” 60).

5. Qəlbi-təqi. O qəlbdir ki, Allah əhkamına ehtiram qoyar. “Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur”. (“Həcc” 32).

6. Qəlbi-məhdi. O qəlbdir ki, Allahın qəza və qədərinə razıdır. “Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir”. (“Təğabun” 11).

7. Qəlbi-mütməin. O qəlbdir ki, Allahı yada salaraq aram olar. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır»”. (“Rəd” 28).

8. Qəlbi-həyy. O diri qəlbdir ki, keçmişdəkilərin hekayələrini eşidən zaman nəsihət götürər. “Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır”. (“Qaf” 37).

9. Xəstə qəlb. O qəlbdir ki, şəkk və nifaqa düçar olmuşdur. “Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin”. (“Əhzab” 32).

10. Qəlbi-əmi. O kor qəlbdir ki, haqqı görməz. “Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).

11. Qəlbi-lahi. O qəlbdir ki, Qurandan qafildir. “(Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar)”. (“Ənbiya” 3).

12. Qəlbi-asim. O qəlbdir ki, haqq şəhadətini gizlədər. “Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir”. (“Bəqərə” 283).

13. Qəlbi-mütəkəbbir. Təkəbbürlü qəlbdir. “Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır”. (“Ğafir” 35).

14. Qəlbi-ğəliz. O qəlbdir ki, rəhmət ondan götürülmüşdür. “Əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).

15. Qəlbi-məxtum. O qəlbdir ki, hidayət tanımaz. “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü?”. (“Casiyə” 23).

16. Qəlbi-qasi. O qəlbdir ki, imanla yumşalmaz. “Beləliklə, öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik”. (“Maidə” 13).

17. Qəlbi-ğafil. O qəlbdir ki, Allahı yada salmağa mane olar. “(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).

18. Qəlbi-ulf. O qəlbdir ki, örtülmüşdür. “Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür»”. (“Bəqərə” 88).

19. Qəlbi-zayğ. O qəlbdir ki, haqqa etiraz edər. “Amma qəlblərində (haqdan) dönüklük olan kəslər”. (“Ali-İmran” 7).

20. Qəlbi-mərib. O qəlbdir ki, şəkk içərisindəndir. “Qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər”. (“Tövbə” 45).

Uca Allah bizlərə salamat qəlbə malik olmağı nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930