AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ – SOCAR UŞAQLARI SEVİNDİRİB
Mьəllif: admin1
Tarix: 31-12-2020, 20:58
Bцlmə: Xəbərlər
AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ – SOCAR UŞAQLARI SEVİNDİRİB
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR Energy Georgia şirkətinin dəstəyi ilə “Əmin” və “İmam Hüseyn (ə)” adına Fonda uşaqlar üçün ümumilikdə 152 hədiyyə paket təqdim edilib.

Ahlibeyt.ge xəbər verir ki, valideyn Himayəsindən Məhrum Uşaqlara Yardım sahəsində fəaliyyət göstərən həmin Fondların əməkdaşları bu gün valideyn himayəsindən məhrum uşaqların ailələrinə həmin bayram sovqatlarını çatdırıblar.

Fondların rəhbər və əməkdaşları bu xeyirxah addıma - uşaqlar üçün göndərilən hədiyyələrə görə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə və SOCAR Energy Georgia şirkətinə minnətdarlıqlarını bildirirlər.
Oxşar xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728