Netanyahu ərəb ölkələri ilə bağlı iddia səsləndirdi
Mьəllif: admin1
Tarix: 25-12-2020, 10:58
Bцlmə: Xəbərlər
Netanyahu ərəb ölkələri ilə bağlı iddia səsləndirdi
İsrailin Baş naziri Benyamin Netanyahu digər ərəb və İslam ölkələrinin İsrail ilə normallaşma prosesinə gözləniləndən daha tez keçəcəyini iddia edib.

İsrail Baş Nazirlik ofisinin verdiyi açıqlamaya görə, bu barədə Netanyahu Qüdsdə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Kelli Kraft ilə görüşündə bildirib.

Digər tərəfdən, "The Jerusalem Post" qəzeti adını açıqlamayan bir mənbəyə istinadən verdiyi xəbərdə İndoneziya və Omanın İsrail ilə münasibətləri normallaşdırmaq qərarına yaxın olduqlarını açıqlayıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031