İsrail məhkəməsi ömürlük həbsə məhkum edilmiş fələstinliyə 4 il əlavə cəza verib
Mьəllif: admin1
Tarix: 8-12-2020, 12:17
Bцlmə: Xəbərlər
İsrail məhkəməsi ömürlük həbsə məhkum edilmiş fələstinliyə 4 il əlavə cəza verib
İşğal altındakı Qərb Şəriyədəki Hərbi Məhkəmənin ömürlük həbsə məhkum edilmiş fələstinli məhbus Yusuf Xalid Kumeylə əlavə olaraq 4 il həbs cəzası verdiyi bildirilib.

Bu barədə Fələstin Qurtuluş Təşkilatına bağlı Məhkumlar Komitəsi məlumat yayıb.

Məlumata görə, israillini öldürməkdə günahlandırılan Kumeyl 2017-ci ildən bəri həbsxanadadır. Kumeylə qarşı yeni ittihamların məhkəməyə təqdim edildiyi və yeni hökmün ona verildiyi qeyd olunub.

Fələstinli səlahiyyətlilərin məlumatlarına görə İsrail rejimi həbsxanalarında təxminən 4500 Fələstin vətəndaşı var.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031