Avropa "üçlüyü" İranı nüvə proqramını genişləndirmək planlarından imtina etməyə çağırdı
Mьəllif: admin1
Tarix: 7-12-2020, 21:23
Bцlmə: Xəbərlər
Avropa "üçlüyü" İranı nüvə proqramını genişləndirmək planlarından imtina etməyə çağırdı
Avropa "üçlüyü" İranı nüvə proqramını genişləndirmək planlarından imtina etməyə və MAQATE-nin nüvə obyektlərinə girişini məhdudlaşdırmamağa çağırıb.

Bu barədə Fransa, Almaniya və Böyük Britaniya Xarici İşlər Nazirlikləri rəsmilərinin bu gün yayımladığı ortaq açıqlamada deyilib.

Üç ölkənin Xarici İşlər Nazirliklərinin nümayəndələrinin də qeyd edib ki, İran diplomatiya yolunu qorumaq məsələsində ciddidirsə, o zaman bu tədbirləri tətbiq etməməlidir.

Xatırladaq ki, 4 dekabrda "Reuters" agentliyi MAQATE-nin hesabatına istinad edərək, İran səlahiyyətlilərinin Natanzdakı yeraltı uran zənginləşdirmə zavodunda əlavə üç kaskad təkmilləşdirilmiş IR-2m santrifüjləri işə salmaq niyyətində olduğunu bildirmişdi.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031