İsveç məhkəməsi məktəblərdə hicab azadlığını dəstəklədi
Mьəllif: admin1
Tarix: 19-11-2020, 11:30
Bцlmə: Xəbərlər
İsveç məhkəməsi məktəblərdə hicab azadlığını dəstəklədi
İsveçin Skona bölgəsindəki Skurup qəsəbəsi bələdiyyəsinin məktəblərə tətbiq etmək istədiyi hicab qadağası məhkəmə tərəfindən ləğv edilib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Malmö İnzibati Məhkəməsi tərəfindən verilən açıqlamada, Skurup Bələdiyyə Şurasının məktəblərdə hicabı qadağan etmə qərarının ləğv edildiyi qeyd edilib. Açıqlamada qadağanın konstitusiya və din azadlığının müddəalarına zidd olduğu vurğulanıb.

Noyabrın 17-si ayrı-seçkilik ombudsmanı (DO) tərəfindən verilən açıqlamada, qadağanın konstitusiyaya zidd olduğu üçün ləğv edilməsi tələb edilmişdi.

Skurup Bələdiyyə Şurası keçən ilin dekabrında 13 yaşınadək şagirdlərə hicab qadağası tətbiq etmişdi. Qəsəbədəki Prastamosse Məktəbinin direktoru Mattias Liedholm qadağanı tanımadığını və öz məktəbində tətbiq etməyəcəyini bildirmişdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031