Azərbaycan rəsmisi Ali Rəhbərin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib
Mьəllif: admin1
Tarix: 3-11-2020, 19:47
Bцlmə: Xəbərlər
Azərbaycan rəsmisi Ali Rəhbərin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib
Azərbaycan rəsmisi Ali Rrəhbər Ayətullah Seyid Əli Xameneinin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib.

Maide.Az "İRNA"a istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamasından sonra, Azərbaycan rəsmiləri bu mövqeyə görə təşəkkür ediblər.

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bu gün (çərşənbə axşamı) Tvitter səhifəsində yazıb: “Ali Rəhbərin bu gün Dağlıq Qarabağdakı mövcud böhranla bağlı açıqlamasının ardından, bir neçə dəqiqə əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mənə zəng edib”.

Sitat: “Telefon danışığı zamanı, Xələfov belə vacib və ədalətli bəyanata görə Azərbaycan dövlətinin və xalqının təşəkkürünü bildirib və iki qonşu ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib".
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031