İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb
Mьəllif: admin1
Tarix: 31-10-2020, 10:00
Bцlmə: Xəbərlər
İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031