34-cü İslam Vəhdət Konfransı 47 ölkədən qonaqların iştirakı ilə virtual formatda keçiriləcək
![]() Maide.Az xəbər verir ki, "Təbii fəlakətlər qarşısında İslami əməkdaşlıq" mövzusu ilə keçirilən konfransda dünyanın 47 ölkəsindən dini, elmi və siyasi şəxsiyyətlər iştirak edəcək. İslami Məzhəblərin Yaxınlaşdırılması (TƏQRİB) Təşkilatının baş katibi höccətül-İslam Həmid Şəriyari bildirib ki, konfransda 47 ölkədən 167 xarici qonaq və İslam dünyasının tanınmış simaları , həmçinin 120 İranlı natiq çıxış edəcək" O qeyd edib ki, 5 günlük konfransın proqramına Fələstinlə əlaqəli iki kitabın təqdimatı, Vəhdət radiostansiyasının açılışı və Vəhdət informasiya portalında min məqalənin təqdimatı nəzərdə tutulub. Konfransın son mərasimi 2 noyabr tarixində İslam Peyğəmbərinin (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq. Oxşar xəbərlər
|