İmam Həsən Əsgərinin (ə) şəhadətinə 5.000.000-dan çox zəvvar gəlib
![]() Deyerler.org Askarian-a istinadən xəbər verir ki, Əsgəreyn İmamlarının (ə) müqəddəs ziyarətgahının Media Departamentinin rəhbəri Şeyx Muhənnəd Əl-Şərhani televiziya ilə yayımlanan açıqlamasında bunları söyləyib: “Hicri 1442-ci il 4 rəbiyəl-əvvəl (22.10.2020) ilə 8 rəbiyəl-əvvəl (26.10.2020) tarixləri arasında səlahiyyətli orqanların verdiyi məlumatlara görə müqəddəs hərəmi ziyarət edən zəvvarların ümumi sayı təxminən 5.000.000 ziyarətçiyə çatıb”. O, həmçinin 3500 könüllü, 25 media qurumu ilə 119 media işçisi, 720-dən çox xidmət alayı və müqəddəs ziyarətgahla əməkdaşlıq edən 69-dan çox təşkilatın matəm günlərində xidmət etdiyini bildirib. Oxşar xəbərlər
|