Ronaldo karantində olduğu müddətdə Qurani-Kərim oxuyub
Mьəllif: admin1
Tarix: 19-10-2020, 21:42
Bцlmə: Xəbərlər
Ronaldo karantində olduğu müddətdə Qurani-Kərim oxuyub
Koronavirusa qarşı müalicə alan Portuqaliya futbol komandasının kapitanı Kriştiano Ronaldo, payızda gözlənilən, UFC çempionu Həbib Nurmaqamedovla amerikallı Castin Qeytji arasında keçiriləcək əsas döyüşdən danışıb.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, Ronaldo “İnstaqram” səhifəsindəki izləyiciləri ilə Həbiblə Qeytji arasındakı mübarizəni kimin qazanacağı haqda canlı söhbət edib: “Əlbətdə ki, Habib qalib gələcək. Mənim qardaşım. İnşəAllah”.

Bir müddət əvvəl futbolçunun gündəlik fəaliyyətindən ayrılaraq vaxtını Quran oxumağa sərf etməsi haqda məlumatlar verilmişdi. Real Madrid və Portuqaliya tarixinin ən çoxsaylı qol vuran oyunçusu, yaxın günlərdə anasının insultdan sonra xəstəxanadan buraxılması haqda paylaşım etmişdi.

“Karantində olan insan, özü ilə tək qalır. Bu müddət ərzində çox kitab oxudum, çox düşündüm - indi Qurani-Kərim oxumağa başlamışam”, - deyə futbolçu bildirib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031