Ümumdünya Səhiyyə Təşkilatı: Dünya əhalisinin 10%-i koronavirusa yoluxub
Mьəllif: admin1
Tarix: 6-10-2020, 13:03
Bцlmə: Xəbərlər
Ümumdünya Səhiyyə Təşkilatı: Dünya əhalisinin 10%-i koronavirusa yoluxub
Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli rəsmisi dünya əhalisinin 10 faizinin və ya hər 10 nəfərdən birinin koronavirusa yoluxduğunu bildirib.

ÜST-ün fövqəladə hallar üzrə direktorunun hesablamalara görə, dünyada hər 10 nəfərdən biri koronavirusa yoluxub.

"Washington Post" qəzetinin yazdığına görə, Maykl Ryan verdiyi açıqlama zamanı bildirib ki, koronavirusa yoluxma şəhər və kənd yerlərində və fərqli qruplar arasında dəyişir, amma nəticədə dünyanın böyük əhalisi hələ də təhlükədədir.

Dünyadakı mövcud 7.6 milyard əhaliyə əsaslanan bu açıqlama 760 milyondan çox insanın koronavirusa yoluxduğunu göstərir.
(eastnews.org)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031