Nəcəf Mərcəisi Ayətullah Seyid Həkimdən Azərbaycana dəstək
Mьəllif: admin1
Tarix: 6-10-2020, 10:20
Bцlmə: Xəbərlər
Nəcəf Mərcəisi Ayətullah Seyid Həkimdən Azərbaycana dəstək
“Hazırda Azərbaycan Respublikasının cənub-qərb hissəsində baş verən xoşagəlməz vəziyyəti böyük narahatlıqla izləyirik və xüsusilə dinc sakinlər arasında yaranan itkilər və qurbanlara görə dərin kədərimizi ifadə edirik.

Bu böhranın Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinə və ərazilərin zorla işğalına son qoyulmasına və bütün köçkünlərin şəhərlərinə hörmət və ləyaqətlə qayıtmasına çağıran BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarının icrasının əsas götürülərək həll olunmasının vacibliyini təsdiq edirik.

Uca Allaha bölgə və dünyada ədalət təməlləri üzərində təhlükəsizlik və sülhün hökm sürməsi üçün dua edirik.”
(Az.shafaqna.com)

Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31