Çavuşoğlu: "Dağlıq Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik"
Mьəllif: admin1
Tarix: 30-09-2020, 10:34
Bцlmə: Xəbərlər
Çavuşoğlu: "Dağlıq Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik"
Ermənistanla hərbi gərginliyin yeni mərhələsində Azərbaycan Respublikasına dəstəyini təkrarlayan Türkiyə Xarici İşlər naziri Ankaranın Dağlıq Qarabağ bölgəsinə sülh gətirmək üçün əlindən gələni edəcəyini söyləyib.

Bu gün Türkiyənin Xarici İişlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla münaqişəni həll etmək üçün erməni qoşunlarının Dağlıq Qarabağ bölgəsindən çıxarılmasının vacibliyini təkrarlayıb:

"Həm döyüşdə, həm də danışıqlar masası arxasında azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Dağlıq Qarabağda sülh üçün əlimizdən gələni edəcəyik.

Hamımız Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyimiz kimi, Ermənistanın qanunsuz işğalına qarşı da Azərbaycanı dəstəkləməliyik.

Biz Azərbaycanı dəstəkləməyə davam edirik və ölkələrimizin bir millət və iki dövlət olduğu düşüncəsi ilə bu mövzuda vəzifələrimizi yerinə yetirəcəyik.

Bakının diplomatik münasibətləri olmayan ölkələrdə Azərbaycanın təmsilçisi kimi çıxış edəcəyik".
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930