Həsən Nəsrullah: Amerika İŞİD-i İraq və Suriyada yenidən canlandırmağa çalışır
Müəllif: admin1
Tarix: 30-09-2020, 10:27
Bölmə: Xəbərlər
Həsən Nəsrullah: Amerika İŞİD-i İraq və Suriyada yenidən canlandırmağa çalışır
ABŞ İŞİD-i İraq və Suriyada yenidən canlandırmağa çalışır ki, terrorizmlə mübarizə bəhanəsi ilə regionda mövcudluğunu davam etdirsin.

Maide.Az xəbər verir ki, bunu Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən axşam Livan və böglədəki son durumla bağlı çıxışında deyib.

H.Nəsrullah ilk öncə Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabahın vəfatı münasibətilə başsağlığı verib və ona Livanla bağlı tutduğu mövqeyə görə təşəkkür edib.

H.Nəsrullah həmçinin Livan ordusunun bir neçə hərbiçisinin şəhid olması münasibətilə onların ailələrinə başsağlığı verib.

“Şəhid Süleymani və Əbu Mehdi Mühəndisin terror edilməsindən sonra İraq xalqı ABŞ əsgərlərinin ölkədən çıxmasını tələb etdi.

ABŞ terrorizmlə mübarizə bəhanəsi ilə regionda mövcudluğunu davam etdirmək üçün Livan, İraq və Suriyada İŞİD-i canlandırmağa çalışır”.

Sionist rejim məsul şəxslərinin Hizbullahın Beyrutda raket zavodu ilə bağlı iddialarına münasibət bildirən H.Nəsrullah qeyd eidb ki, Hizbullahın mətbuat xidməti KİV nümayəndələri üçün baxış təşkil edib və onlar Netanyahunun yalanını özləri müşahidə ediblər.

“Netanyahu iddia etmişdi ki, Hizbullah raketlərini qaz stansiyasının yanında anbar edib. Biz raketlərimi nə Beyrut limanında və nə də qaz stansiyasında anbarda saxlamırıq. Biz raketlərimizi harda anbar etməyi çox yaxşı bilirik”.

H.Nəsrullah Fransa prezidenti Makronun Hizbullahı xəyanətdə ittiham etməsi ilə bağlı ona xəbərdarlıq edib və bildirib ki, bizimlə bu ədəbiyyatla danışma; Heç vaxt qəbul etməyəcəyik ki, Makron bizi xəyanətdə ittiham etsin və bu hərəkəti pisləyirik.

Əgər Fransanın Hizbullaha bağlı nazirlərin korrupsiyası ilə bağlı hər hansı bir sübutu varsa onu məhkəməyə təqdim etsin.

H.Nəsrullah Bəhreyn və BƏƏ-nin sionist rejimlə əlaqələri normallaşdırmasına münasibət bildirib və qeyd edib ki, həmin ölkələrin xalqları dövlətlərinin əlaqələrin normallaşması iləbağlı qərarını qəbul etməyəcək.

“BƏƏ iddia edir ki, müharibədən və fədakarlıq etməkdən yorulub, lakin BƏƏ indiyədək nə müharibə edib və nə də fədakarlıq edib.Manama rəhbərliyi isə elə hərəkət edir ki, elə bir Səudiyyə Ərəbistanın bir parçasıdır və müstəqil deyil”.


Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930