Ali dini Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: "Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir"
Mьəllif: admin1
Tarix: 29-09-2020, 19:47
Bцlmə: Xəbərlər
Ali dini Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: "Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir"
Ali dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xameneinin Ərdəbil şəhəri üzrə nümayəndəsi, Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amuli Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı münasibət bildirib.

Deyerler.org-un verdiyi xəbərə görə, bu barədə Ayətullah Seyid Həsən Amuli Telegram səhifəsində yazıb:

"Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir.

Beynəlxalq hüquqlara əsasən hər dövlətin öz ərazisini qorumaq üçün müdafiə və digər dövlətlərdən kömək almaq hüququ vardır.

Biz islamçı İran və inqilabın fəlsəfəsi olaraq məzlumu müdafiə etməyi və zalımla mübarizə aparmağı öz dini, insani və islami vəzifəmiz bilirik.

Bu üzdən son qazanılmış qələbələrə görə böyük Azərbaycan millətini təbrik edirik və Qarabağın tamamilə azad edilməsini Allahdan arzu edirik...".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930