Ali Dini Rəhbərin nümayəndəsi: “Hacı Qasım Süleymaninin intiqam yaxındır”
Mьəllif: admin1
Tarix: 26-09-2020, 21:23
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbərin nümayəndəsi: “Hacı Qasım Süleymaninin intiqam yaxındır”
Ali Dini Rəhbərin Suriyadakı nümayəndəsi Ayətullah Seyid Əbdülfəzl Təbatəbai bu həftə Dəməşqdəki Həzrət Zeynəbin (ə) pak hərəminin ibadət salonunda cümə namazının ilk xütbəsində, insan ölümünün səbəblərini dini baxımdan izah etmək üçün bəzi rəvayətlərdən bəhs edərək, təkəbbür, qısqanclıq və xəsisliyi bunun ən vacib amilləri hesab olunduğunu bildirib.

Aşura qiyamının ölümsüzlüyünü İmam Hüseynin (ə) məzlum şəhidliyinin nəticəsi kimi qiymətləndirən Ayətullah Təbatəbai, belə deyib: “Şəhidlərin pak qanı tarix boyu ölməz olaraq qalmışdır və ipinə sarılan və bu yolda gedən, öldürülsə də, öldürülməsə də, qalib olacaq”.

Ali Dini Rəhbərin Suriyadakı nümayəndəsi namazın ikinci xütbəsində bölgədəki mühüm siyasi hadisələrdən bəhs edərək, belə deyib: “Bu gün müqavimət oxu, düşmənin təzyiqlərinə və problemlərinə baxmayaraq, yenə də böyük bir ağac kimi dayanır və irəliləməsi istiqamətində irəliləyir.

Ayətullah Təbatəbai bəzi döyüşçülər şəhid Hacı Qasım Süleymaninin qanının intiqamı barədə soruşduqlarını deyərək, belə danışıb: “Onlara deyirəm ki, intiqam vədi yaxındır və düşmənə alçaldıcı və səfalətdən başqa bir şey qalmayacaq”.

8 illik İran-İraq müharibəsinə də toxunan xətib, belə davam edib: “İran millətinin fədakarlığı və isar ruhiyyəsi bir çox problem və sanksiyalara baxmayaraq, bizi bu çətin səkkiz illik müharibədə qələbəyə aparırdı”.

Ali Dini Rəhbərin Suriyadakı nümayəndəsi bəzi xain ərəb ölkələri ilə sionist rejim arasındakı münasibətlərin normallaşmasına işarə edərək, belə deyib: “Bu axmaq xainlər əsl qələbənin Ağ Ev bağında deyil, döyüş meydanında olacağını bilirlər və tezliklə peşman olacaqlar”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930