Əl-Həşduş Şəbi: “Vaşinqtonun planlarının qarşısını aldıq”
Müəllif: admin1
Tarix: 25-09-2020, 20:22
Bölmə: Xəbərlər
Əl-Həşduş Şəbi: “Vaşinqtonun planlarının qarşısını aldıq”
İraqın Əl-Həşduş Şəbi təşkilatının komandirlərindən biri olan Kamal Əl-Həsənavi ABŞ dövlət katibinin müavini Devid Hillin bu qüvvələrə qarşı ittihamlarını əsassız adlandırıb.

ABŞ-ın İraqdakı çirkli planlarının zərərsizləşdirilməsini Haşd əl-Şaabinin qazandığı uğurlardan biri kimi qiymətləndirdi.

Deyerler.org xəbər verir ki, Kamal Əl-Həsənavi Safak News-a verdiyi müsahibəsində ABŞ dövlət katibinin müavini David Hillin əsassız iddialarına cavab verib:

“Əl-Həşduş Şəbi heç bir xarici subyekt tərəfindən dəstəklənməyən İraq təhlükəsizlik qurumudur və Xalq Səfərbərlik qüvvələri tərəfindən alınan hər hansı bir dəstək yalnız İraq hökuməti vasitəsi ilə təmin edilir.

Əl-Həşduş Şəbi indiyə qədər İraqın sabitliyinə doğru addımlar atıb və ABŞ-ın bütün planlarını pozub. ABŞ İraqda qeyri-sabitlik və hər sahədə böhranlar və problemlər yaratmaq istəyir”.

Digər tərəfdən, İraq parlamentindəki Sadiqun Partiyasının üzvü Səmir Zəbyan ABŞ dövlət katibinin müavininin Əl-Həşduş Şəbiyə qarşı ittihamlarına cavab olaraq, bunları deyib:

“ABŞ dövlət katibinin müavini Devid Hillin Əl-Həşduş Şəbiyə qarşı ittihamını rədd edirik. Çünki Əl-Həşduş Şəbi İraq torpaqlarının İŞİD-in əlindən azad edilməsində və bu ölkədə sabitliyin təmin olunmasında rol oynayıb.

ABŞ hərbçilərinin İraq ərazilərində, səfirlikdə və ya Yaşıl Zonadakı hərbi bazalarda olması ilə yanaşı, ABŞ rəsmilərinin açıqlamaları iraqlılara qarşı təhrik və nifrət doğurur.

Əl-Həşduş Şəbi qanuni və hərbi çərçivələrə uyğun olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanının tabeliyində fəaliyyət göstərən bir hərbi quruluşdur və bu qüvvə amerikalılar tərəfindən dəfələrlə işğalçı və təhrikedici hərəkətlərə məruz qalmışdır.

Əl-Həşduş Şəbi İŞİD terror layihəsini məhv etdi, İraqın digər silahlı qüvvələrinin əməkdaşlığı ilə İraq ərazisini terror bəlasından xilas etdi və qanuni çərçivədən kənar davranmadı və amerikalıların iddia etdiyi kimi İraqın təhlükəsizliyini və ya ictimai sülhü təhdid etmədi”.

Xatırladaq ki, ABŞ-ın Nümayəndələr Məclisinin Təhlükəsizlik Komitəsində sualları cavablandıran Devid Hill Əl-Həşduş Şəbiyə qarşı əsassız ittihamlar irəli sürmüş və bu qüvvələri İraqda sabitliyə maneə olan qüvvələr kimi qələmə vermiş və onları dövlət əmlakını talayan və oğurlayan silahlı birləşmələr kimi xarakterizə etmişdi.

ABŞ əsgərlərinin İraqdakı qanunsuz mövcudluğuna haqq qazandırmaq üçün Hill, ABŞ-ın İraqda mövcudluğundakı məqsədinin İranın təsirinə qarşı mübarizə və İŞİD-i məhv etmək olduğunu iddia etmişdi.


Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031