Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin qaydalarını açıqlayıb
Mьəllif: admin1
Tarix: 24-09-2020, 10:51
Bцlmə: Xəbərlər
Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin qaydalarını açıqlayıb
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlayıb.

Maide.Az xəbər verir ki, nazirlikdən rəsmi SPA informasiya agentliyinə bu ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirilib.

Builki qaydalara görə, oktyabrın 4-dən başlayaraq, Krallığın hüdudları daxilində yaşayan zəvvarlar Ümrə ziyarətini yerinə yetirə biləcəklər. Lakin iki müqəddəs məscidi ziyarət edəcək bu insanların sayı birinci mərhələdə 6 min, ikinci mərhələdə isə 15 min nəfərdən çox olmayacaq və onların COVID-19 testindən keçməsinə, qoruyucu maska taxmasına və sosial məsafə qaydalarına riayət etməsinə xüsusi diqqət yetiriləcək.

Krallıq rəsmiləri bildiriblər ki, pandemiya şəraitində keçirilən Həcc ziyarətindən fərqli olaraq, Ümrə ziyarətinin üçüncü mərhələsində xarici ölkələrdən məhdud sayda zəvvarların da iştirakına icazə veriləcək.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930